Xəyalə Sevil - Ürəyimi xırdalayıb...

Ədəbiyyat 09:32 / 24.08.2026 Baxış sayı: 267

Toxunmadım xatirənə,

Yaxşı, ya da pis demədim.

Səni geriyə qaytarmaq

Əlimdəydi, istəmədim.

 

Ürəyimi xırdalayıb

Vərəq-vərəq söz etmişdim.

Sənlə etdiyim səhvi də

Düz etmişdim, düz etmişdim.

 

Yordu məni bunca kədər, -

Ya bittim gedincə, deyim...

Bunun adı darıxmaqdı?

Bağışlamaq? - məncə deyil.

 

Səni nə vaxt xatırlasam,

Soyuqdu- üşüyür əlim.

Ya payızın axırısan,

Ya da ki, qışın əvvəli.