Aləmzər Sadıqqızı - Bir gün çıxıb gedərsən ...
.
Nə səndən sevən olar nə də məndən sevilən.
Biz Allahın şukürsüz iki doğma balası...
bu dünyanın bəlkə də ən ülvi sevgisiydi...
Olüncə içimizdə yara kimi qalası...
Bəzən göz önündəki səadətlər görünməz,
Baxar üzünə səssiz , gözü dolar kədərdən.
Anlamazsan Tanrıdan yazılıbdı bu qismət,
Bir az kuskün düşərsən taleyindən ,qədərdən ...
Bir gün köçüb gedərik bu doyumsuz dünyadan,
Nə sən mənim könlumə,nə mən sənə axmadan .
Bir gün yalana dönər könlümüzdən keçənlər,
Bir gün çıxıb gedərsən heç arxaya baxmadan...
24.8.2025