Xatirə  Rəhimbəyli - Niyə vəfa umdun sözü gözəldən

Ədəbiyyat 15:12 / 23.08.2026 Baxış sayı: 514

Niyə vəfa umdun sözü gözəldən ,

Çələngmi olurmuş quru xəzəldən?..

Zərif yarandın ki,könül ,əzəldən ,

Elə gedib--gəlib qıralar səni?...

 

Hayana daşısam bu qəlbi ,yükdür,

Ağrısını kimsə çəkməyəcəkdir ...

Gedənin gedibdir,gəlməyəcəkdir,

Nahaq dilə tutur bu bahar səni...

 

Görürəm ,astarın üzündən baha ,

Savab gəzə-gəzə batdın günaha .

Həsrətin özündən əzizdi daha ,

Daha qəbul etməz buralar səni.

 

Qışı gətirmisən sən elə çoxdan ,

Bir ömür üşüyüb ürək soyuqdan .

Könlüm elə küsüb sən adlı yoxdan ,

Qoymaram ta məndən soralar səni.