Əlirza HƏSRƏT - ÖMRÜMÜN
Ədəbiyyat
13:47 / 23.08.2026
Baxış sayı: 490
Tərsinə işləyir hələ,
Köhnə saatı ömrümün.
Eşq payıdır ayrılığı,
Nağıl,bayatı ömrümün.
Bax zəvvarına,pirinə,
Keçdi vaxt,ötdü qərinə.
Qarışıbdır bir-birinə,
Doğması,yadı önrümün.
Haçandı göydə uçuram,
Ahımdan puçur-puçuram.
Çöp tapmadım yuva quram,
Yandı qanadl ömrümün.
Daşır gözümdən su belə,
Gəl əl-üzünü yu belə.
Yaşamaq deyil bu belə,
Başqadır adı ömrümün.
Dağ könlüyəm duman-çəndə,
Cücərib saçımda dən də.
Qayıdarsan güllənəndə,-
Arzu,muradı könlümün.