Elnur Uğur - Heç nə istəmirəm həyatdanur ...
Heç nə istəmirəm həyatdan,
Alacağımı aldım.
O da aldı.
Bu bir oyun idi böyüklər oynadılar
Ortada qaldım.
Yaxşı ki,
Yaşamağa ümid verən arzular cücərtdi sevgim.
Yaxşı ki,
Səni sevdim,
Həyat!
Hər səhər Günəş doğanda
Eşqin sancısını çəkdi gözlərim.
Hər gün öz içimdən doğdu körpə bədənim.
Hər gün bir az da sevdim,
Anladım.
İnsan uduzanda daha çox sevirmiş.
Udmaqdan başqa heç nə istəmirmiş.
Mən də heç nə istəmirəm
Tək bu təkqapılı ömür adlı oyunda
Qalib olmaq istəyirəm.
Sevirəm hər gün daha çox,
Bütün qalibiyyətlər sevgiyə borcludur.
Arzu da sevginin körpəsidir,
Ümiddə sevginin atəşidir.
Və atəşdə yanmadan,
Şaxtada donmadan sevmək
Sevmək deyil.
Mən həyatı belə sevirəm,
Daha heç nə istəmirəm.