Ələddin Əzimli  - ETÜDLƏR

Ədəbiyyat 20:15 / 23.08.2026 Baxış sayı: 384

 

1. ƏSL ŞEİR

Əsl şeir

Qəlb ağrısı,

Göz yaşıdır,

Baş daşıdır.

Əsl şeir

Candan qopur,

Qəm qoxuyur,

Qan qoxuyur.

Əal şeir

Yazılmayıb hələ.

Boğazından

Asılmayıb hələ.

2. KİMƏ GƏRƏK

Kimə gərək

İçi bomboş bu ürək.

Kimə gərək

yol üstəki bu quyu,

əgər içində

yoxsa bir içim suyu.

Sən indi

sözsüz, hissiz bir ürək,

susuz quyu kimisən.

Bu gedişlə

bu yoldan ötənləri,,

sənə möhtac olanlarıı,

hələ

çox incidəcəksən.