Tahir Rzayev, millət  vəkili : -  "İqtisadi inkişafda sabibkarların rolu hiss olunur." 

İqtisadiyyat 22:25 / 01.03.2025 Baxış sayı: 1204

 

“Ölkəmizdə sahibkarlığın inkişafına çox böyük qayğı və diqqət göstərilir. Sahibkarların bir çox vergilərdən azad olunması, onlara subsidiyaların verilməsi və subsidiyaların da ildən-ilə artırılması bunun əyani nümunəsidir. Məhz bunun nəticəsidir ki, iqtisadi inkişafda sabibkarların rolu hiss olunur və aqrar sahədə əldə olunan nəticələr ildən ilə yüksəlir. Əlbəttə ki, sahibkarların istehsal etdiyi məhsulun saxlanılması, bazara çıxarılması, onlara gəlir gətirilməsi çox vacibdir. Bu sahədə mühüm tədbirlər görülür, soyuducu anbarlar və saxlama kameraları yaradılıb”.

Yenises.az xəbər  verir ki, bu sözləri   açıqlamasında millət vəkili Tahir Rzayev deyib.
Deputat bildirib ki, məhsulun daha keyfiyyətli olması, bazarda öz dəyərini saxlaması həm sahibkarı, həm də dövləti maraqlandırır: “Ancaq məhsul istehsalında müəyyən tənzimləmələr olmalıdır. Bu həm sahibkarlar tərəfindən, həm də müvafiq orqanlar tərəfindən nəzərə alınmalı və həyata keçirilməlidir. Bəzən bazarda kənd təsərrüfatı məhsullarının qiyməti artır. Belə olan halda növbəti ildə sahibkarlar bu sahəyə daha çox meyillənirlər. Bu isə bazarda bolluq yaratdığı üçün bir çox məhsul dəyərini itirir. Bu səbəbdən də müəyyən plan əsasında istər dövlət orqanları, istərsə də sahibkarlıq subyektləri bu məsələdə diqqətli olmalıdırlar.
Yaxşı haldır ki, kənd təsərrüfatı məhsullarının xarici ölkələrə ixracı artıb və bu ixracın artması sahibkarlara öz imkanlarını artırmağa, daha çox məhsul istehsal etməyə şərait yaradır. Sahibkar da istər xarici, istərsə də yerli bazarda hansı məhsulun daha vacib olması barədə əvvəldən düşünməli və araşdırmalı aparmalıdır”.