Əbülfət Mədətoğlu : - Görmədiyim yuxuları,

Ədəbiyyat 09:07 / 04.05.2024 Baxış sayı: 1730

 

***

Görmədiyim yuxuları,

Hər sübh deyirəm suya mən....

Beləcə pak duyğuları -

Qoruyuram tam, guya mən!..

 

Açıram iftar adınla,

Addan duyduğum dadınla!..

Allah, bu mələk qadınla -

Çıxıram yaza, yaya mən!..

 

Könlümü fərəh ovudur

Bu mələk - könnül ovudur!..

Şerim könül söz-sovudu -

Qaldım ümid bu paya mən!

 

Ruhumun daşıb həsrəti

Üstümə aşıb, həsrəti...

Arada çaşıb , həsrəti -

Bənzətdim tənha Quya mən...