Afiq Muxtaroğlu : - Nə olsun dəyişir fəsillər elə...

Ədəbiyyat 20:04 / 05.05.2024 Baxış sayı: 1201

***

Ağrının ağırı sənəmi düşüb? –

Ağrın ara vermir, acın da dinmir.

Qaçdıdı-qovdudu hər işin elə,

Yediyin-içdiyin canına sinmir.

 

Çalışdı, çarpışdı gün boyu işin,

Səninki tilsimdi, qarğışdı, qardaş.

Nə olsun dəyişir fəsillər elə,

Könlündə əbədi qar-qışdı, qardaş.

 

Əbədi qar-qışdı könlündə sənin,

Əbədi donuşluq, don olub deyən?

Dünən də təntimiş, təntik gəzirdin,

Bu gün də bir əlin on olub deyən.

 

Özünü öldürmə heç yalan yerə,

Artıq çabalama, çırpınma yetər.

Dünəni birtəhər vurmuşdun başa,

Baxsana bu günün dünəndən betər.

3 may 2024-cü il