İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM

HÜQUQ 10:31 / 05.05.2024 Baxış sayı: 2424

Prezident İlham Əliyev Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında Sərəncam imzalayıb. 

Sərəncama əsasən, Nazirlər Kabineti Xankəndi Şəhər Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə təmin edilməsi və digər maddi-texniki təminatı məsələlərinin həlli üçün zəruri tədbirlər görməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.