Əbülfət Mədətoğlu : - Atdım...

Ədəbiyyat 08:56 / 05.05.2024 Baxış sayı: 1524

Bağlanıb bütün bənd - bərə,

Duyğular batıb qan - tərə...

Bu ömrü ovcumda zərə -

Bənzədib, oyuna atdım...

 

Hönkürən buludun səsin,

Siz üzü dərəyə kəsin...

Könlümün sevgi həvəsin -

Nəmərtək toyuna atdım...

 

Axan ulduzun ahını,

Saydım ruhumun yaxını!

Mən illərimin şaxını -

Adına, soyuna atdım...