SOCAR əməkdaşları Qəbələ–Xankəndi III Beynəlxalq  Ultramarafonun  iştira  ediblər

Gündəm 12:09 / 27.10.2026 Baxış sayı: 147

 

Gənclər  və  İdman  Nazirliyi, Azərbaycan  Atletika  Federasiyası  və Bakı  Şəhər Halqas Əməliyyat  Şirkətinin  birgə təşkilatçılığı ilə keçirilən Qəbələ–Xankəndi III Beynəlxalq  Ultramarafonu  başa  çatıb.

Yarışda 6 ölkədən 97 atlet  iştirak edib.

Onların  arasında SOCAR-ınəməkdaşı, “Zirvə Running Club”un  rəhbəri  Rauf  Qürbətov, klubun  üzvü Fərhad Ələkbərov, “Sumqayıt  Marafon Club”unüzvü  SadiqAbbasov, eləcədə “DayanmaDostum” klubunun  üzvləri Ramil Tariverdiyev, Gülər  Salahova  və  Arif  Lətifov  yer  alıblar.

Dörd   mərhələdən   ibarət ultramarafon  çərçivəsində  iştirakçılar  ilk  mərhələdə  Qəbələ–Ağdaş   marşrutu   üzrə 52,5 kilometr, ikinci   mərhələdə  Ağdaş–Bərdə  marşrutu  üzrə 63,5 kilometr, üçüncü   mərhələdə  Bərdə–Ağdam   marşrutu  üzrə 46,8 kilometr, son  mərhələdə   isə  Ağdam–Xankəndi  marşrutu  üzrə 29,2 kilometr   məsafə   qət  ediblər. Beləliklə, atletlər  dördgün   ərzində   ümumilikdə 192 kilometr  məsafəyə   qaçıblar.

Yarışın  üçüncü   günü   aldığı   zədə   səbəbindən Fərhad Ələkbərov və   Arif   Lətifov  mübarizəni  dayandırmalı   olublar. Buna   baxmayaraq, RaufQürbətov, Sadiq  Abbasov, Ramil Tariverdiyev   və  Gülər  Salahova  yüksək   əzmkarlıq, iradə  və  dözümlülük   nümayiş   etdirərək  mübarizəni  davam  etdirib, Xankəndidə  finiş  xəttini   uğurla   keçiblər.

İdmançılarımızın  bu   nəticəsi   idmana  bağlılığın, iradənin   və   əzmkarlığın  bariz   nümunəsidir.

SOCAR əməkdaşlarına   gələcək  yarışlarda  yeni  uğurlar  və  qələbələr   arzulayırıq