Xatirə Rəhimbəyli - Ona görə boğuluram,həsrətim.
'Sən verən nəfəsdi mən aln nəfəs'...
Ona görə boğuluram,həsrətim.
Zərrə-zərrə dağılıram,sevincim,
Zərrə-zərrə yığılıram, həsrətim.
Tale saldı gözlərindən irağa,
Hərdən-hərdən yol çəkirmi gözlərin?
Hərdən-hərdən nəfəs kimi toxunur
Üzəyimin üz-gözünə sözlərin...
Bu dünyada varmı məndən dəlisi--
Öz-özünə belə küsən,barışan.
Yağmyacaq,qorxma,zorla tutmuşam,
Göz yaşımdı göy üzündə sayrışan...
Ah,yüz yerə çəkir məni nədənlər,
Qurtar məni,boğuluram,həsrətim.
Yalan yerə ölür ruhum hər gecə,
Hər gün sənə doğuluram,həsrətim...
Yalan-falan tutub düzü-dünyanı,
Utnaıram,sıxılıram,həsrətim.
Səndən gələn zəhərsə də uduram,
Ona görə boğuluram,həsrətim...