Bəhram Bilaloğlu - Gözlərim kəbədən boylanır yenə
Ədəbiyyat
09:45 / 27.10.2026
Baxış sayı: 264
Gözlərim kəbədən boylanır yenə,
Baxıram,təcəlla edir yerinə.
Dilimdən dualar tökülən kimi
Çatdırır özünü ərşə,dərinə.
İlahi eşqini tərənnüm edən,
Nurun yağışına bürünür aləm.
Eşqimin "O Eşqə" məhəbbətidir
Ruhum addımlayır,ucalır ələm.
Kiminsə qəlbinə yatmaz bəlkə də,
Yazılan sözlərin hikməti,şanı.
Məni ərafata aparır ancaq
Bu şeir,bu misra,zamanın anı.