Fərhad Tapdıqoğlu - Zor

YAZARLAR 09:32 / 27.10.2026 Baxış sayı: 295

(miniatür)

Bir az da təbəssüm

Əslən Zor kəndindən olan Zor-ullanın şəhərin zor yerlərinin birində ,zor görünüşlü,zor yeməklər bişirilən ,zor qiymətə xidmət göstərilən bir kababxanası var.Hamı deyir ki,Zor-ulla zor oğlandır ,zor sahibkardır.

Bir gün başqa bir zor oğlan bu zor kababxanaya

gəlir,zor xörəklərdən ,kabablardan

yeyir,zor araqlardan içir. Necə deyərlər "zor- laylr" sifariş verdiyi zor yeməkləri,zor xörəkləri...

Xidmətçi oğlan zor qulluğun hesabını gətirəndə ,həmin o zor oğlan zor-nan dirəşir və

yediklərinin qiymətini aşağı salmaq istəyir.

Zor kababxananın sahibi Zor-ulla işə qarışır.

Müştəri zor oğlan sahibkar Zor-ulla ilə mübahisə edir.

Zor- ulla əsəbiləşir:

---Əə,bura zor- xana deyil ee?! Səninlə güləşməyəcəyik.Hesabl ödə.

...Zor-ulla ona zor gəlir.Zor oğlan zor gücünə

yediklərinin dəyərini ödəyir...

...Sən demə,zor oğlan olan o müştərinin bir zor vəzifədə olan zor qohumu varmış.O zor oğlan olan müştəri,zor vəzifəsi olan zor qohumuna baş verənləri çatdırır...

Zor-ullanın zor xərci

çıxır...

...İndi zor oğlan o zor yeməkxanaya istədiyi vaxt gəlib yeyib, içir,hesab ödəməyib gedir...

Zor-ulla artıq anlayır ki, müştəri zor oğlan kimi zor adamları olan zor oğlanlar var.Odur ki,hər müştəridən zor hesab istəmək olmaz...

P.S.Necədir bu kişik yazım? Zordur,yoxsa yox?!

Əlbəttə zor olmayan yazını zor-nan oxucuya sırımaq olmaz.