Sinan Oğandan İlham Əliyevlə bağlı PAYLAŞIM

DÜNYA 15:09 / 08.02.2024 Baxış sayı: 1215

Türkiyədə prezidentliyə keçmiş namizəd Sinan Oğan İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib.

Yenises.az xəbər verir ki, siyasətçi bu barədə “X” hesabında paylaşım edib.

"Azərbaycanda keçirilən prezident seçkilərində qalib gələrək yenidən Prezident seçilən cənab İlham Əliyevi təbrik edirəm. 30 illik işğaldan sonra azad edilən Qarabağ və Şərqi Zəngəzur bölgələri də daxil olmaqla bütün Azərbaycan ərazisində keçirilən bu seçkinin nəticələrinin Azərbaycandakı qardaşlarımıza və bütün türk dünyasına xeyir-dua gətirməsini diləyirəm", - deyə S. Oğan bildirib.