Əli Hacı Ağaevli : - Dostum Əli Həziyə gecə məktubu
Qış yerini dəyişibmi ?!
şəhərin qarı gəlmədi .
Əvvəlin sonu başladı,
sonun axırı gəlmədi !
Lənət dedi o yan,bu yan ,
Varmıdı onu tanıyan ?!
Min ildi şeytan daşlayan
haqq yolun yarı gəlmədi !
Get gecəni yat sözümə,
kəklikotu qat sözümə.
Ölçdüm boyumu özümə
sözdən yuxarı gəlmədi !
Gölgədən çəkib əlimi,
gün də tikmişdim evimi .
sonra sökmüşdüm evimi
gün ona sarı gəlmədi !
Öldüm,göy yağdı gəlmədi,
balam çağırdı gəlmədi !
Bəlkə,ağrıdı gəlmədi,
gəlmədi , Tarı gəlmədi...!