Sərhədi pozmağa cəhd göstərən şəxs saxlanıldı

KRİMİNAL 16:07 / 16.11.2023 Baxış sayı: 3524

Azərbaycan-İran sərhədini pozmağa cəhd göstərən şəxs saxlanılıb.

Bu barədə  Yenises.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzinin məlumat verib.

Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin İmişli rayonunun Aranlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 1995-ci il təvəllüdlü Goranboy rayon sakini Telman Tərlan oğlu İsgəndərov Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.