Saqif Qaratorpaq - Mən səni harda görmüşəm
***
Mən səni harda görmüşəm,
Bu qədər doğmasan nədən?
Yoxsa ilk dəfə gördüyüm
Yuxudan çıxıb gəlmisən?
Yolun nə yaman uzandı?
Bax,üstümü xəzəl alıb.
Zalım,səni gözləyirəm
Min ildi xəyala dalıb...
Uzat,tutum əllərindən,
Ətrinə batım,bayılım.
Göz yaşını səp üstümə,
Şirin yuxudan ayılım.
26.09.2024.