Elnur  Uöur - Harda elədim bu səhvi

Ədəbiyyat 18:34 / 21.10.2026 Baxış sayı: 542

Harda elədim bu səhvi,

Səni niyə sevdim axı?

Bilməliydim aşiqlərin

Sevilməyidir günahı.

 

Eh, sənə nə var, nə var e,

Unutqanlığindı gülür.

Mənçün adam öləndə yox,

Tək unudulanda ölür.

 

Eh,uzaqların adamı,

Bilsən,nə qədər yaxınsan?

Özün uzaq, xəyalımda

Xəyalımı buraxmırsan