Şakir  Xanhüseyinli - UÇUŞ

Ədəbiyyat 21:57 / 12.10.2026 Baxış sayı: 414

 

möhkəm dayanmısan yerində,

alıb-verdiyin nəfəs

duyulacaq qədər sakitsən;

bu, uçuşdu...

ayağın torpağa kök atmış kimi,

amma görərsən

birdən arzuların, ümidlərin

bir fikirlə

işıq zərrələrisayaq səmada uçuşdu--

uçuşdu!

hər saatın, dəqiqən,

həqiqətən, səni sınaqlardan keçirirmiştək

yaşadıqlarınla üz-üzə qoyur, ürək...

gözündəki damlaları közərt, közə çevir,

sözə çevir-

həyat qəribəlik sevir-

özünə dal;

bu, bəlkə ömründə

ən uzağa,

bax a,

gözəl bir uçuşun ola!