Arzu Hüseyn - Sən arxamca ləpələnən Xəzərsən

Ədəbiyyat 09:45 / 12.10.2026 Baxış sayı: 731

Sən arxamca ləpələnən Xəzərsən,

Dalğa-dalğa xəyalımda kükrəmə!

Bir gün yenə qərarımdan küsərsən,

Gedişimi sorğulama, təkləmə.

 

O əvvəldi — sən günahkar, mən yazıq,

Bağışladım, əfv elədim, buraxdım.

İndi yazda qan donduran ayazıq,

O dövlər qanmaz idik, uşaqdıq.

 

Qəlbimdəki sükunəti dinləsən...

Yox, dinləmə... Ömürdü də, gündü də.

Ara-sıra başım üstə kölgəsən,

Ara-sıra — demirəm ki, indi də.

 

Kim caladı taleimi adına?

Bulanığam, qurumuşam, dayazam.

Heyva dadlı, nar qoxulu qadınam,

Yada salıb ağladığın payızam...