Adilə Səfərova - Nahaqdan incitmişik

Ədəbiyyat 11:20 / 12.10.2026 Baxış sayı: 759

Nahaqdan incitmişik

qüssəli ürəkləri.

Bu dünyaya bəlkə də

bir az vaxtsız gəlmişik.

Kim deyərdi solacaq,

soldu nar çiçəkləri.

Vaxt gələcək ağrımız

örtüləcək çiçəklə,

Bütün yaralarımız

yenidən bitişəcək.

Hər şey qurtaracaqdır

xoşbəxt bir gələcəklə,

Soldu nar çiçəkləri --

indi nar yetişəcək!