Şahnaz Şahin - Açdım Payıza pəncərələri..

Ədəbiyyat 09:41 / 08.10.2026 Baxış sayı: 648

Açdım Payıza pəncərələri..

külək sevindi,

çiçək sevindi,

yarpaq sevindi...

Bir də payızla oynayan uşaq sevindi...

Uçub getdi uzaqlara

durnalar, ey durnalar..

Sahibsizdi boş görünür

tarlalar ey, tarlalar..

Bu qış da kef eliyəcək

sərçələrlə qarğalar...

Amma..

hələ ki, Payızdı...

Məni desən,

deyərəm ki, baharam

Deyərəm ki,

deyilməmiş sözəm mən..

Deyərəm ki,

yaz soraqlı bənövşə,

Deyərəm ki...

Amma...

hələ ki, Payızdı..