Ağaevli Əli Hacı  - Ümüdləri asdım ömrümün...

Ədəbiyyat 20:55 / 07.10.2026 Baxış sayı: 688

Ümüdləri asdım ömrümün,

Gözləmə zalının divarlarından !

Məktubları gələcəyə yazdım,

Xəttmi oxuya bilməyənlərin adından !

Məni başa düşənlərdən,

Bir küçə aşağı yaşadım !

Küçəmizə zibil atıb gedənləri,

Evinə zibil daşıdım !

Alnımdakı yazını oxuya bilmədim,

Gördüyümün kitabını yazdım !

Misra-misra,şeir-şeir

Ağ vərəqlər üzünə ayazıdım !

Mənzilimin yuxarı mərtəbəsindən,

Səs-küy gəldi,

Cin mindi başıma !

Yuxarı mərtəbələri baş daşı bilib,

Geyindirdim başıma !