Sabir Rüstəmxanlı - Məni atdın, atıb getdin, əzizim...
Məni atdın, atıb getdin, əzizim.
Mən bu axşam unudulmuş bir
kəsəm.
Dost itirmək hər ağrıdan ağırdı.
Bir gecədə qara saçım ağardı.
Əldə bir qədəh şərab
Səni əvəz eləmir.
Həsrətli xatirələr
Səni əvəz eləmir.
Şəkillərdən baxışın
Səni əvəz eləmir.
Yastığımda göz yaşım
Səni əvəz eləmir.
İlk bahardı? Son bahardı?
Unutdum...
Dan yerini kipriyimlə ağartdım.
Niyə mənə qismət oldu intizar?
Ürəyimə niyə yağdı yağışlar?