Namiq Dəlidağlı - VAXT AXRINDA...
Bu məddah “şairlər”,
yaltaq “şairlər”
kabab iyi verən
şeirləriylə
illərdir ki,
zövqümüzü
zorladılar
yeməkxana
künclərində.
Gah da
kürsülərdən
qollarını
qulaclaya-qulaclaya
duyğularımızı
girov götürdülər...
...Ancaq ruhumuzu
axtalaya bilmədilər.
Nəfsinə qul
“şairlər”!..
Ölü fikirlərini
bizə sırısalar da,
yaxşı ki, sona qədər
bu yükü daşımadıq...
P.S.
İşlərində çaşbaş görüm,
Gözlərində təlaş görüm,
Kefli görüm, sərxaş görüm,
Şairi yaltaq görməyim!