Arzu Ada - Məktəb elm məbədidir.. ibadət yeri deyil

YAZARLAR 09:00 / 08.10.2026 Baxış sayı: 694

Son vaxtlar burada gedən diskusiyalara dair nəsə yazmaq içimdən kecir

Amma M.Cəlil demiş

Qaranlıq hələ də çox qatı oldugunu görür.cin görürəm ..şeytan görürəm qorxmuram

Harda müsəlman görürəm qorxuram ..deyib qələmi yəni dolma qələmi zor güc saxlayıramn. Amma dərk edirəm ki ..ziyalı ziya mühiti yaratmalıdır.

Biz də bir mummu yaxaq ..yoxsa seyirçi olaq ?!

Beləliklə bir mum yaxaq )

Məsələ qız uşağının təhsili deyil məsələ uşağa uşaq vaxtından dini uniforma geyindirilməsidir.

Bizim qadınlar yer əkib.. at çapıb .kotana öküz qoşub.təndir açıb amma qeyrətli olublar.

Məktəb elm məbədidir.. ibadət yeri deyil Azərbaycan Konstitusiyası isə dünyəvi dövlətdir Məktəbdə hamı eyni formadadır ki varlı kasıb dindar dinsiz fərqi olmasın

Birinə sən yaylıqla gəl ...desək sabah o biri də deyəcək

Mən xaçla gəlirəm

Biri deyəcək ..mən tapanca ilə gəlirəm .

Məktəb podium deyil. . TƏHSİL MÜƏSƏSİDİR.. İŞIQDIR

Söhbət 18 yaşlı qadından getmir azyaşlı uşaqdan gedir 9 14 yaşlı qıza hicab bağlatdırmaq onun öz seçimi ola bilməz .

Bu ailənin ideoloji seçimidir

Dövlət uşağı qorumalıdır

Bu gün başında yaylığa icazə versək sabah üzünü bağlamağa. əlini sıxmamağa. idman dərsinə girməməyə də icazə istəyəcəklər

Sərhəd haradadır?!

Kəlağayı nağılı ilə manipulyasiya..

Nənələrimizin kəlağayısı mədəniyyət idi

Saçın ucunu örtürdü

İndiki hicab isə siyasi simvoldur boynu ..çiyinləri tam bağlayan eyni formada olan uniformadır Kəlağayını heç kim qadağan etməyib amma məktəb formasının üstündən ərəb üslubunda hicabı milli dəyərlə eyniləşdirmək saxtakarlıqdır. İndi 2026 cı ildə geriyəmi qayıdaq ?!

Narkotik.. bıçaqlanma var ona baxın... arqumenti də məntiqsizdir

Məktəbdə narkotiklə mübarizə aparılmır deyə qayda pozuntusuna da göz yumaq lazımdır

Onda sabah kimsə deyər ki ölkədə rüşvət var mən də imtahanda köçürüm Bir səhv o biri səhvi legitim etmir axı.

Təhsildən yayınma ailənin məsuliyyətidir dövlətin deyil Dövlət deyir forma budur gəl oxu

Gəlmirsənsə uşağı təhsildən sən məhrum edirsən. dövlət yox Dindar ailədirsə qoy açıq məktəbə eksternat oxusun amma dövlət məktəbinin dünyəvi qaydasını dəyişə Eksternat ..nə deməkdir.izah edim

Məktəbə hər gün getmədən, evdən hazırlaşıb, ildə 1-2 dəfə gəlib imtahan verib sinfi bitirmək.

Yəni uşaq gündəlik dərsə gəlmir.. müəllim qarşısında cavab vermir...amma proqramı öyrənir və dövlətin verdiyi attestatı alır.

Dövlət deyir ki, formaya görə gündəlik məktəbə gəlmək istəmirsənsə, qiyabi oxu, amma attestat al.

Sözardı .

Uşaqları bu yola da vadar etməyin .

Qoyun uşaqlıqlarını dolu dolu yaşasınlar

Onsuz da böyüyəndə yüz dərd və qaygıları olacaqdövlətə qəbul etdirməklə yox Təhsil almaq istəyən üçün yol açıqdır formanı geyin gəl İdeologiyanı məktəbə soxmaq istəyən özü qapını bağlayır

Məktəbin qapısını açmaq lazımdır razıyam Amma məktəbin qapısını dünyəviliyə açmaq lazımdır orta əsrə yox.