Əlizadə Nuri - ÖLÜM
Gətirdiyin havadan,
Son dəfə udum, ölüm.
Sən baxınca ölmərəm
Gözlərini yum, ölüm.
O nəğməni oxuma-
Qar yağacaq yuxuma...
De, mən boyda toxuma
Olarsanmı şum, ölüm?
Kimdi mənə daş atır?
Yad atır, qardaş atır?
...Səhra kimi yaşadım
Qoy, indi qum- qum ölüm..