Qəşəm İsabəyli - DAĞ –TƏPƏ
Arif müəllim sevincək eləmişdi məni –
Rus dilinə çevirmişdi
“Qoca və Kiçik” hekayəmi.
Baxdım ki,
“Dağ” yerinə “Təpə” yazıb...
Götürüb zəng elədim:
– Salam, ustad, niyə “Təpə”,
Orijinalda Dağ yazmışam,
Dağ kişidi axı!
Dedi:
– Bilirsiniz, müəllim,
Türkcəmizdə Dağ kişi də olsa,
Ruscada qadındı Dağ.
– Bəs bunların kişisi nədi?
–Təpə!
– İlahi!
25.11.2026