Əli Hacı Ağaevli - QALMISAN
Şəhərdən kəndinə köçüb yaşayn,bir şair dostuma !
Hansı ayda,hansı ildə
Hansı gecədə qalmısan?!
Hamı qalıb ortalığda,
Çəkilib küncdə qalmısan !
O,köhnə bağa dönmüsən,
Qələm,varağa dönmüsən.
Qul gəlib,ağa dönmüsən
kəndə,incidə qalmısan.
Boydan uzun imuş istək,
Nə əl qaldı,nə də ətək.
Hamı xərcləndi tək-tək,
Yaxşı ki,dincdə qalmısan !
Darıxmaq özü qorxulu,
Gündüzü gəzdim yuxulu!
Adam sözündən yıxılır,
Lal ol,necədə qalmısan