Elnur Uöur Abdiyev - Sabah üzümüzə nur çiləyəmməzşşş
Sabah üzümüzə nur çiləyəmməz,
Günəşi doğmursa yara danımız!
Kaş bu qaranlığın işıq üzünü,
Eşqiylə doğraya, yara danımız!
Eşqsiz daşımaz ki, canda qan damar,
Göyün göy gözündən yerə qan damar.
Qıvrılar beyində,canda, qanda mar,
Çiçək açar canda yara danımız.
Elnur eşq niyyət tut, uğura yeri,
Sənin yerişinin özgədir yeri.
İnsançün gördüyün bu göyü,yeri,
Sevməyə yaradıb yaradanımı