Kəramət : - S ü K u T u N  səsini  eşit

YAZARLAR 08:00 / 29.11.2024 Baxış sayı: 1586

SSSS...işarət barmağını iki dodağının arasına qoy

S ü K u T u N səsini eşit

...heyvərə, haranı açsan orda görünən-hərşey olmağa görəvli birinə pıçıldadım:

-VAXTIN OLANDA SAKİTLƏŞ VƏ ÖZÜNLƏ SÖHBƏT.

Tək-tənha qalmaq qorxulu deyil, çoxluğun-tünlüyün, vur-çatlasının içindəki kimsəsizlikdi adamı qorxudan.

Fikir vermisinizsə, çox danışan biri heç nə ifadə etmir, hər yerdə olan heç yerdədir, hər şeyi olan adamın heç nəyi yoxdur, hərşey olan da heç nədir.

Dünyadakı bütün yaranışlar bir şeydi, insanoğlu hər şey; İnsan Yerüzünün əşrəfi yox, Yer üzünün qatilidir və özündən məzur, əzabkeş obrazı yaradandır saxtakarcasına.

Kilsəyə günah çıxarmağa, Məkkəyə gedir, ya ağlaşma divarı...bu qədər saxtakarlığı daş-qaya oynamaz, süni varlıq olan insan yaradar.

ETDİKLƏRİNƏ GÖRƏ PEŞİMAN OLMA, YA DA ETMƏ, QALAN ..QUYRUQLU YALAN.

Payız yavaşıyan fəsildi, bizi özümüzə yaxınlaşdırır, sükut gətirir və özümüzlə baş-başa qoyur.

Sizi bilmirəm...mən sevdiklərimdən ayrılanda da, ona yetəndə də səssizliyi intixab edirəm...sükut həqiqət-məhəbbətdir, sözlər onu parçalayır, onun təbi halını pozur, yalan başlayır.

Dil, danışıq ünsiyyət yalana aparır, ən böyük yalanlar MÜQƏDDƏS KİTABLARDA, ANA YASALARDA, MİNBƏRLƏRDƏ, TRİBUNALARDA TOPLANIB....

ÇOX adama müraciət daha çox sükutu pozmaq, daha çox yalan istər, BİRylə danışanda daha çox səmimi olursan istər-istəməz, illah özünlə baş-başa qalanda. Özünlə sükutla ünsiyyət ətrafla, kainatla rabitə əlaqəsini gücləndirir, adına "Allah-Tanrı" dediyimizlə də.

...........SSS...səs salmayın

nar çatlayır

yarpaq enir tabut kimi-

-nə vaxtsa payız haqqında yazdığımdı.

Xalqların Dilinə -lüğət tərkibinə baxın...eyni kəlmələr o qədər işlənib ki, daha heç nə ifadə etmir. Ona görə sükutun əlaqəsinə ehtiyac yaranıb Beyin, Duyğu əlaqəsi.

Çox danışmaq daha çox özünü gizləməkdi, hecə ki, hər yerdə hərşey olmaq heç nəyin göstərisidir.

Çoxluğa xitab edən, onların duyğusunu oxşamağa, ortalama aşağı düşüncəsinə hesablanmaq sənət deyil...niyə hamı səni-məni sevməli ki...başqalarına sevgi möhtaclığı-dilənçiliyi özünü itirməyi gətirir bərabərində..bir də ayılırsan ki, YOXSAN, sonra özünlə baş-başa qalanda özünü tapa bilməməkdən əzab çəkirsən, saxtakarcasına.

İndi yorğun fəsil...günəş də yorğuncasına qüruba yollanır...özümüzlə, çoxdan atıb-unudub getdiyimiz özümüzlə üz-üzəyik, adam danışmaq istəmir.

Mən sənin iki dodağının arasına işarət barmağımı qoyuram;

S s S...