Rafiq Yusifov : - Qəbul edilmiş gedişin musiqili sükutu

Bəzən olur ki, mahnı başlayır və sən dinləmirsən, onun dünyasına daxil olursan. Hüseynağa Hadıyevin səsi ilə “Al məndən gülüşlərini” də bu qəbildəndir. Dinləyirsən və anlayırsan ki, bu, sadəcə melodiyadan ibarət deyil. Köhnə bir məktubdur - içində qoxusu, tozu və xatirəsi ilə.
Bu mahnı mənim üçün dumanlı bir səhər kimidir. Hər şey sakit, amma içində dərin bir hava var. O hava ki, danışmadan da sənə çox şeyi deyir. “Heç nə yox, al məndən gülüşlərini” – bu cümləni bir dəfə deyil, min dəfə də eşitsəm, hər dəfə başqa cür toxunur.
Emin Sabitoğlu bəstəsi insanın ruhuna toxunur.
Mahnıda musiqi özü də çox şey danışır. Orkestrin hər notu bir az qırılmış ümidlər, bir az səssiz narazılıq, bir az da qəbul edilmiş bir gedişin sükutu kimi səslənir. Və bu sükutun ortasında Hadıyevin çox da kədərli olmayan səsi. Sadəcə dürüst, sadəcə real.
Mahnını dinlə Sanki gülüşlərimi kiməsə bağışlamışam, amma həmin adam onları qaytarmayıb. Və içimdə bir dənə bu sual qalır: “Əgər gülüşlərimi verdimsə, özümə nə qaldı?”
Amma sonra düşünürəm: bəlkə də bu sualı soruşmağın özü də bir cavabdır. Bəlkə də bu mahnının gözəlliyi də elə oradadır – sənə cavab vermir, sadəcə sənə hiss etdirir.