İSMAYIL MƏRCANLI İMANZADƏ : - LAY-LAY

Ədəbiyyat 08:22 / 18.06.2025 Baxış sayı: 5731

 

 

(Özümə xitabən yazdığım elegiya)

 

Sükutum sönmüş qığılcım,

Səsim-sədam xıncım-xıncım.

Kəsərdən düşən qılıncım,

Çırpısız ocağım, lay-lay!

 

Ağzım dirənəndə daşa,

Bəxtimlə girdim savaşa...

Çatmadın “Yuxarı başa”,

Harayım, sorağım, lay-lay!

 

Üzün yansın, “sarı ilan”,

Aldığın nəfəs də yalan...

Misra-misra yandırılan

Əlyazmam, varağım lay-lay!

 

Paslandı, orağım, dəhrəm,

Keçdi əldən-ələ nehrən.

Kirişi sızlayan cəhrəm,

Qaralan çırağım lai-lay!

 

De, kimdir köksünü oyan,

Dərd də, qəm də sənə ayan.

Asfalt yol altda sızlayan

Ay “Çoban bulağ”ım lay-lay!..

27.05.2025