Şakir Xanhüseyn : -  Açar...

Ədəbiyyat 08:32 / 18.06.2025 Baxış sayı: 690

Əlimi cibimə qələm üçün saldım

bu "AÇAR" çıxdı

böyük dəmir qapını da

açar

bu balaca açar

həmişə qapı açmağa

acar

bu balaca açar...

qıfılın deşər gözünü,

heç yerə salmaz sözümü;

istəməz qapı ağzında

qalam əlləri qoynunda,

naçar

bu balaca açar...

ocağım yanar, odu mən,

evim isinər külümdən...

vaxt gələr düşər əlimdən,

qaçar

bu balaca açar...