Ağaevli Əli Hacı : - Ver

Bu həyatda ağ vərəğdi,
bir nəfəs al,min nəfəs ver !
Təklik ömür qaraltsada,
mində birinə həvəs ver !
Harda qalıb çiynimdəki,
sel aparıb önümdəkin !
Tanrı adlı dilimdəki
əvvəl-axır sözə səs ver !
Göy üzünə qapım yoxdu,
hal düzməyə sapım yoxdu !
Dost gəzirəm tapım,yoxdu
Allah,yeri son qəfəs ver !