Kamal Sunalın adına muzey açıldı - FOTOLAR
İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən Kadıköydə Kamal Sunal Muzeyinin açılışı olub.
Yenises.az "Unikal" -a istinadla xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu tərəfindən açılan muzeydə Sunalın həyat yoldaşı və oğlu da iştirak edib.
Muzeydə kino afişalarından tutmuş şəxsi əşyalarına, geyindiyi geyimlərə, 2000-ci ildə dünyasını dəyişən ustad sənətkarın xüsusi xatirə əşyalarına qədər bir çox əşyalar sərgilənir.