Bəhram Bilaloğlu : - Bütün sevgiləri...

Ədəbiyyat 08:25 / 28.04.2024 Baxış sayı: 2448

Bütün sevgiləri ovcumda sıxıb-

Zamanla xərclədim bəşərə,Allah.

Hər bir kəs qəmini özümkü bildim-

Yolladım sevgiylə məhşərə,Allah.

****

Əzəldən ruhumla xidmət eylədim-

Yayıldı aləmə ruhumun səsi.

Getdim bir nöqtədən, son nöqtəyədək-

Duydum yaxındadır"Rahim"in səsi

****

Dəyişməz yolumda heç bir qaydalar-

Çıxsa da oxundan,hər iki aləm.

Cəhənnəm odundan xilas edəcək-

Haqq deyən adamlar,birdə ki qələm.