Tahir Rzayev, millət  vəkili : -" Şəhid ailəsinə  belə münasibət  başadüşülən deyil."

HÜQUQ 09:23 / 17.05.2024 Baxış sayı: 3371

Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 182 ünvanında yerləşən beşmərtəbəli binanın zirzəmisinin şəhid ailəsinə ev tikmək məqsədi ilə ayrılması başadüşülən deyil. Şəhidlər bizim üçün müqəddəs və unudulmazdır. Cənab Prezident İlham Əliyev və dövlətimiz tərəfindən şəhidlərin adına, onların ruhuna ehtiram, şəhid ailələrinə göstərilən qayğı və diqqət sonsuzdur”. 

Yenises.az  bildirir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib. 

Deputat bildirib ki, zirzəmi normal həyat şəraiti üçün əlverişli olmadığı kimi, həm də orada tikinti işlərinin aparılması bina üçün təhlükəlidir: “Bu məsələdə uyğunsuzluq var. İlk növbədə şəhid ailəsinə qarşı belə münasibət qəbuledilməzdir. Sözsüz ki, bu uyğunsuzluq qanunauyğun şəkildə aradan qaldırılmalıdır!”