Kəramət : - ÖZÜNÜ VƏ ƏTRAFI SORĞULA

YAZARLAR 08:34 / 18.05.2024 Baxış sayı: 2151

Cəhənnəm içimizdə...

...həmişə başqalarını suçlayır insan, bütün olumsuzluqların baisi qonum-qonşu, ətrafdı. Onun hampa-tayfa-dəstə-yerlibaz.ından başqa hər şey inkar olunmalıdı: inkişaf edir.din, millət, elita-mafiya ilişgiləri sərhəddi sərhəd tanımır. Dolların Milləti, Dini yoxdur axı, heç manatın, lirənin də ....vətən-millət nağılları, din-iman ədəbiyyatı ancaq avam kütlə üçündü.

Kim demişdi?-Varlılar - bir ovuc olanlar mütləq çoxluğa o dünyanı verdilər, bu dünyada bütün zülmləri çəkdirdilər ki, cənnətə gedəcəksiz. Hələ də müsəlman çoxluq buna inanır. Xristian dünyası çoxdan belə nağılların dəftərini bağlayıb.

Yaradıcı Düşüncə, adına "ZİYALI" deyilən kəsim həyata Sokratik yanaşar, yəni hər işin "Niyə?" sini arayar.

Bilirsiz ki, Sokratdan yazılı heç nə qalmayıb, şagirdləri yaşadıblar.; Aristotelin "Buludlar"ı, Platonun "Dioloqlar"ı aparıcı mənbə sayılır və s.... Deyir ki, son çıxışında...-Sən Tanrınımı sorğulayırsan?-sualının ittihamına qarşılıq..;

-TANRI MƏNİ ELƏ TANRINI VƏ ƏTRAFI SORĞULAMAQÇIN YARADIB....,-deyib ("Dioloqlar"damı)

...mən gedib tarixi, Fransanı sorğulaya bilmərəm və ya səhiyyəni...Mən Şairəm, Özü də Ciddisindən..ədəbi mühitimdəki ədalətsizliyi, kölə-kütləvi axıntı yaratmaq çabalarına qarşı durmaq ilkin görəvimdi. Burda Anar-zad şərtidi, adlar dəyişər..ƏMƏLİ İŞDİR KİŞİNİN LAFA BAXILMAZ.

Hamı tərk edəcək dünyanı-yaratdığı cəhənnəmi, o cəhənnəm içimizdədi. Cənnət də o cümlədən.

İdeologiyalara başa düşür, ən azından, anlamağa çalışıram..adam doğru-yanlış bir fikri mənimsəyə bilər.

Burda ADAM bir projedi özü... Kİ harda işıq gördün qapat, ədəbi zülmət axıntısı yarat...

Ziyalısı ədalətsizsə, cəhənnəmə odun daşımaq yarışına giribsə...

ta sözüm yox, necə deyərlər, duz qoxuyub və ya SUYUN ÖZÜNÜ SUYA ÇƏKMƏK GƏRƏK,...

P;S-vari..

Əgər özümü razı sala bilsəm, "ƏDƏBİ AXININ ƏDƏBİ AXINTIYA ÇEVRİLMƏSİ"ni paylaşacam. Yəni , göl ilə yığıntı, çay ilə axıntı ayrı şeylərdi, mümkünsə oxumayın....kiməsə görə yazmıram, heç özümə görə də..