Hoteldən meyiti tapılan qadının kimliyi bilindi - YENİLƏNİB

KRİMİNAL 13:31 / 13.03.2023 Baxış sayı: 1273

Tovuzda hoteldən qadın meyiti tapılıb.

Bu barədə   Yenises. az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, Tovuz Rayon Polis Şöbəsinə rayonun ərazində olan hotellərin birində qadının ölməsi barədə məlumat daxil olub.

“Dərhal polis  və prokurorluq əməkdaşları hadisə yerinə gəlib. İkin araşdırmalara nəticəsində ölən şəxs 2003-cü il təvəllüdlü X.Tağıyevanın üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Faktla bağlı araşdırmalar davam etdirilir”, - o deyib.