Həzi Həsənli : - İnsanların mərəzi nə?

Ədəbiyyat 07:44 / 29.03.2024 Baxış sayı: 652

 

 

Görürsən, biraz öndədi,

Dostların səndən gendədi,

Bəlkə suç elə səndədi,

Yoxsa, dostun qərəzi nə?!

 

Nə dərdi- sərin varıydı,

Bir dərdli şeirin varıydı,

Özgə nə xeyirin varıydı,

İçindəki tərəzinə?!

 

Ay Həzi, döymə döşünə,

Uyma dünyanın işinə,

Bu da dərd olar beşinə,

İnsanların mərəzi nə?!

28.03.2024