Firidun Agazadə - Dörd əməl

Ədəbiyyat 13:45 / 27.08.2026 Baxış sayı: 1330

 

Hansı yaşda olur olsun,

qadını sevməyə nə var? –

dörd əməli bilsən.

Yəni düz toplasan,

çıxsan, vursan, bölsən.

Əvvəlcə, vurul,

bulan, durul.

Vuruldun, gələcək ardı,

demək, hasilin hazırdı.

Bir az üstə gəl, toplan,

yəni cəmlən, toparlan.

Sonra özündən çıx,

bir az o darıxsın,

bir az sən darıx.

(Bunu özümdən bilirəm)

Amma tez-tez özündən çıx,

Demə, nəticə qalıqdı.

sonra özündən çıxıb

ona bölün,

bir də gördün

qismət alındı.