Fərhad Tapdıqoğlu - Düşündüklərimdən
İnsanda mərifətin çırağı sönəndə o əzəmətini itirir .Cılızlaşır insan...
=
Ürəkdə sevgi olmayanda düz yol da insana yoxuş kimi gələr .
=
Dəhnəsi möhkəm olmayan arxda su olmaz.
=
Sinəsinə ,döşünə döyənlərin çoxu sonradan başına döyür.
=
Düz yol su saxlamaz, təmiz qəlb kin.
=
İnsan həyatı boyu torpağı "döyür",torpaq yenə sonda insanı ağuşuna alır.
=
Pis ömür olmur,yaşadığın ömürdə pis anlar olur.
=
Ən böyük hünərlərdən biri,ağılsız adamla söhbət edəndə özünü ələ almaq bacarığıdır.
=
Paxıllıq -insanın ağlının gözündə tünd qara rəngli eynəkdir.
=
Ailə-sadəcə bir evdə ,bir mənzildə bir yerdə yaşamaq deyil,bir -birləri üçün yaşamaqdır.
=
Alın təri ilə suvarılan torpaqdan götürülən məhsul bol ,dadlı və bərəkətli olar.
=
Allaha bir can borcundan başqa borcu olmayanlar xöşbəxt insanlardır.
=
Ən asan döyüş "başqasının kölgəsini qılınclamaqdır."
=
Hər hansı bir yerin ləkələnsə təmizləyə bilərsən,mənəviyyatın ləkə düşsə ,təmizləmək mümkünsüzdür.
=
Az qalırdı nəfəsi kəsilsin,amma nəfsi kəsilmirdi .
=
İnsanın hər yaşda Allahdan ayrı-ayrı diləyi olsa da,yaşlaşanda ancaq möhlət istəyir.
=
Sadəlik -insanın mənəvi zənginliyinin sözsüz izidir
=
Müdriklik-saf vicdanın üstündə əbədi məskən salmış ağıldır.
=
Cıra calaq vursan ,peyvənd olsa da,içində cırlıq qalar.