Bəhruz Niftəliyev : - Gecəmi düşübdü bəbəklərinə?
Ədəbiyyat
09:39 / 12.05.2026
Baxış sayı: 266
Gecəmi düşübdü bəbəklərinə?
Qarışam Tanrının diləklərinə,
Saçının o incə ipəklərinə
Bürünəm, büdrəyəm- Sənə yıxılam!
Umummu səndən… bir sevda payı?
Qoparım, ayırım günəşdən ayı,
Gözəli gözündə gülüşdən tanı,
Bitirib bütünü səndə yox olam!
Ayrılıq olmasın, həsəd olmasın,
Köksünə sığınan həsrət olmasın,
Bircə söz olmasın, söhbət olmasın,
Hopum o ruhuna, sənə yığılam!
12.05.2026
0:39