Elnur Uğur Abdiyev  - Başa keçdi əyrilər

Ədəbiyyat 09:45 / 12.05.2026 Baxış sayı: 243

Başa keçdi əyrilər,

Düzüm düşdü gözümdən.

Yüz cür yozub əydilər,

Sözüm düşdü gözümdən.

 

Dedilər haqqı tanı,

Yerə baxdım haqq hanı?

Göyə baxdım haqq hanı?

Gözüm düşdü gözümdən.

 

Həyat hər gün seçimdə.

Son var sənin üçün də.

Özgə özlər içində,

Özüm düşdüm gözümdən!