Adil Cəfakes - YERİ

Ədəbiyyat 12:21 / 12.05.2026 Baxış sayı: 277

Tamam qara-quradı

Qalmayıbdı ağ yeri.

Gözünün qarasıdı

Bəxtimin boyaq yeri.

 

Qoy çaşmasın xəyalın,

Əgər görsən bu halın.

Qalmayıbdı vüsalın

Qoymağa ayaq yeri.

 

Getmir işlər xoşluğa

Yer yoxdur dilxoşluğa.

Düşübdü bir boşluğa

Eşqimin dayaq yeri.

 

De görüm fikrin nədir?

Qayıt bu eşqə xətir

Axı ürəyindədir,

Ruhumun oyaq yeri