Əşrəf Veysəlli - YAŞADIM
Ədəbiyyat
12:37 / 03.12.2025
Baxış sayı: 1572
Dünyaya gəlib yaşadım,
Ağlayıb gülüb yaşadım.
Mən yaşayıb ölmürəm ki,
Mən hər gün ölüb yaşadım.
Qeydimə qalan gözəlin,
Odlara salan gözəlin,
Canımı alan gözəlin
Qadasın alıb, yaşadım.
Xoşlamalı dünya deyiı
Boşdamalı dünya deyil.
Yaşamalı dünya deyil,
Üzümə salıb yaşadım.