Əşrəf Veysəlli - SƏN QALİB GƏLƏVƏKSƏN

Ədəbiyyat 10:53 / 28.05.2026 Baxış sayı: 397

 

Cüssəndə can oyanır, canında qan oyanır,

Köksündə əsrlərlə yatmış vulkan oyanır.

Talış, ləzgi, avar, türk… Azərbaycan oyanır,

Vətən, gözlərin aydın,

Gözlərin aydın, Vətən!—

Ürəyimə dammışdı: sən alb gələcəksən!

Uca saxla başlnı, əymə daha qəddini,

Qoymarıq qarı düşmən bir də aşa həddini.

Kirpiklə qoruyarıq göz adlı sərhəddini.

Vətən, gözlərin aydın,

Gözlərin aydın, Vətən!

Bu müzıffər yürüşdə sən qalib gəkəcəksən!

Biz Vətən savaşında hamımız mücahidik,

Hərəmiz yüz əsgərik, hərəmiz yüz igidik.

Qalırıqsa qaziyik, ölürüksə şəhidik!

Vətən, gözlərin aydın!

Gözlərin aydın ,Vətən!

Bu duruşla, yerişlə sən qaliib gələcəksən!

Sənin işin haqq işi, savaşın haqq savaşı,

Babalardan ərmağan doğma torpaq savaşı,

Əldə bayraq savaşı, başda papaq savaşı.

Vətən ,gözlərin aydın,

Gözlərin aydın, Vətən!

Bu mübarək savaşda sən qalib gələcəksən!

Bayrağını öpməyə qalxıb Savalan gəlir,

Üstünə gül səpməyə Mil gəlir, Muğan gəlir.

Burdan İlham Əliyev, ordan Ərdoğan gəlir!

Vətən, gözlərin aydın,

Gözlərin aydın, Vətən!

Bundan belə hər işdə sən qalib gələcəksən!

Sən qalib gələcəksən!

2020- ci il.